Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
13 İyun , 2014

24 may Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası Binəqədi rayonu 7-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Ümummilli Lider Heydər Əliyevin anadan omasının 90 illik yubileyinə həsr olunmuş “Kitab bayramı” adlı tədbir keçirmişdir. 
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi T.Sadıqov, Zəngilan rayon YAP-ın sədri Ə.Hüseynov, Zəngilan rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət işləri üzrə müavin N.Mönsümov, Rəngilan rayon Uşaq Fondunun sədri D.Həsənova, Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri X.İsgəndərov, Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi M.Qurbanov, Zəngilan rayon yazarlarından Oqtay Zəngilanlı, Mahir Cavadlı, Salam Cavadlı, Alı Rəhimoğlu, Hacı Seyid Miriş Bərquşadlı, Zəngilan rayon orta ixtisas musiqi məktəbinin direktor və müəllim kollektivi və 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər . 
Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri cənab M.Nəsirov açdı. Ulu öndərin mədəniyyət və kitabxanalara göstəridiyi qayğı haqda ətraflı məlumat verdi. Zəngilan rayon Ağsaqqalar şurasının sədri X.İsgəndərov Milli Liderimizin fəaliyyəti dövründə qaçqınlara göstərdiyi qayğıdan söhbət adı. Mədəniyyət və Turizm nazirliyinin nümayəndəsi cənab T. Sadıqov kitabın gənclərin təlim və tərbiyəsində əhəmiyyətindən danışdı.Tədbirdə Zəngilan yazarlarından M.Cavadlı, O.Zəngilanlı, S.Cavadlı, Hacı Seyid Miriş Bərquşadlı cənabları cıxış etdilər.Orta məktəb şagirdləri Ulu öndərə həsr olunmuş şerlər söylədilər. Zəngilan rayon musiqi məktəbinin kollektivi bayram proqramı ilə çıxış etdilər. Tədbiri yekun sözü ilə İcra hakimiyyətinin nümayəndəsi cənab N. Mönsümov başa vuraraq tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.