Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Tədbirlər
13 İyun , 2014

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası 20.02.2013-cü il tarixdə H.Sarabski adına İrəvan Dövlət dram teatrının iclas zalında Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunmuş tədbir-sərgi keçirmişdir. Tədbri giriş sözü ilə Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri M.C.Nəsirov açdı. Xocalı faciəsi haqqında məlumat verildikdən sonra bir dəqiqəlik sükütla şəhidlərin xatirəsi yad edildi.Tədbir MKS-nin direktoru M.Cəfərovanın yekun çıxışı ilə başa çatdı