Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Haqqımızda
13 İyun , 2014

1 Mərkəzi Kitabxananı və 69 filial kitabxanasını özündə birləşdirən MKS 1993-cü il erməni işğalçıları tərəfindən işğal olunmuşdur.Ona görə də bu filialların fəaliyyəti dayandırılmışdır. Hal-hazırda cəmi 1 filial fəaliyyət göstərir. 
”Qaçqınların və məcburi köçgünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ilə əlaqədar olaraq Sabirabad rayonu, Rüstəmli kəndində 161 zəngilanlı məcburi köçgün ailələri üçün salınmış yeni qəsəbədə Hacallı kənd kitabxanası tikilib istifadəyə verilmişdir. 
Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsi orta aylıq əmək haqqı alan işçilərdən, orta-ixtisas təhsilli, Rzayeva Xəzangül Köçəri qızını qəsəbədə məskunlaşdığı üçün kitabxana müdiri və Qarayeva Tavat Humay qızını 0,5 ştat xadimə vəzifələrinə təyin etmişdir. 
Kitabxana 2008-ci il avqust ayında fəaliyyətə başlamışdır. Hacallı kənd kitabxanasına 2008-ci ildə 3000 nüsxə ədəbiyyat verilmişdir. Bu ədəbiyyatların hamısı kitabxana qaydası ilə tam işlənərək kitabxanaya göndərilmişdir.Kitabxanada 1 ədəd kompyuter vardır. 2013-cü il hesabat ilində filial kitabxanasında 3078 nüsxə kitab vardır. Bunların 1878 nüsxəsi latın qrafikalı, 1200 nüsxəsi isə kiril qrafikalı azərbaycan ədəbiyyatdır. Hacallı kənd kitabxanası bu hesabat ilində 272 nəfər oxucuya xidmət etmişdir. Həmin oxuculara 800 nüsxə kitab verilmişdir. Hacallı kənd kitabxana filialının ümumi sahəsi 66,27 kv.m -dir. Filial 5 adda qəzet və jurnal alır.