Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS
Haqqımızda
16 İyun , 2014

Zəngilan rayonunda ilk kitabxana 1933-cü ildə yaradılmışdır. Zəngilan rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1976-cı ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi, 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxanası birləşdirilərək Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1991-ci ilin məlumatına görə rayon MKS-də 158 nəfər əməkdaş çalışmışdır. Mərkəzi kitabxanada 7 şöbə fəaliyyət göstərmişdir.

Kitabxana fondlarının ümumi həcmi 490 min nüsxə , oxucuların sayı 20 min nəfər təşkil etmişdir. Zəngilan rayon MKS-i hər il respublika və rayon əhəmiyyətli “Məhsul bayramı” və “Novruz bayramı” tədbirlərinin təşkilatçısı olmuşdur. 29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun erməni işğalçıları tərəfindən işğalı nəticəsində rayonun mərkəzindəki 1 mərkəzi, 3 şəhər, 1 qəsəbə habelə rayonun kəndlərində fəaliyyət göstərən 65 kitabxana filialı dağıdılmış, məhv edilmiş və burada saxlanılan nadir, qiymətli kitablar talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlərlə 1 milyon 660 min manat həcmində maddi ziyan dəymişdir. Hazırda Zəngilan rayon Mərkəzi Kitabxanası Bakı şəhərində Nərimanov rayonu Tarzən Hacı Məmmədov küçəsi 11 ünvanında fəaliyyət göstərir. Kitabxananın fondu hazırda 7658 nüsxədir. 
İşğaldan sonra 2010-cu il aprelin 24-də fəaliyyəti bərpa olunan Mərkəzi kitabxana rayon əhalisinin asudə vaxtlarının səmərəli təşkilində, sorğu və tələblərin tam və dolğun ödənilməsində yaxından iştirak edir və onlara kitabxana-informasiya xidməti göstərir. 
Zəngilan rayon Mərkəzi kitabxananın nəzdində altı şöbə fəaliyyət göstərir: 
1.Oxuculara xidmət şöbəsi.
2.Komplektləşdirmə və kitabişləmə şöbəsi.
3.Metodika və biblioqrafiya şöbəsi.
4.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
5.İnformasiya-resurs şöbəsi.
6.Uşaq şöbəsi