Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS

Metodiki vəsaitlər
25 Avqust , 2015

                                           

        Azərbaycan Respublikası  Mədəniyyət  və Turizm Nazirliyi     

Zəngilan Rayon Mərkəzi Kitabxanası

Metodika və biblioqrafiya  şöbəsi

 


                                        

                                                 (1925-2009) 90-illiyi 

                                                               

                                                                       

 

                                                                                               Metodiki    vəsait

                                                  Bakı -2015

                                                                       

                                                                      Tərtibçidən

 

Bu vəsaiti   Bəxtiyar  Vahabzadənin  90 illikyubileyi münasibəti iləsizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə məqsədimiz oxucuların  çağdaş  Azərbaycan şerini ağsaqqalı  Bəxtiyar Vahabzadənin   bütün əsərlərinin -- lirik şeir, epik, lirik epik poema, pyes, publisistik və ədəbi tənqidi məqalələri haqqında olan biliklərini daha  da artırmaqdır.

“Yaradıbdır inam məni, mən inamın övladıyam” adlanan metodiki vəsait “Giriş” və “Keçiriləcək tədbirlər ”  hissəsindən ibarətdir. Vəsaitin  ”Giriş”  hissəsində  Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söhbət açılır.  II hissədə  ısə kitabxanalarda keçiriləcək  tədbirlərdən bəhs olunur.

XX əsr Azərbaycan tarixinin, eləcədə  mədəniyyət. ədəbiyyat və incəsənətinin milli intibah əsri, qızıl dövrüdür.  Cəsarətlə  demək olar ki, bu intibahı yaradanlardan, irəli aparanlardan biri də məhz  Bəxtiyar Vahabzadədir.

Bəxtiyarın şeirləri vətənin rəmzi kimi sevdiyi ana dilində olduğu  kimi  tərcümə edildiyi  onlarla başqa dillərdə də gözəl və təsirli  səslənir.  Bunun başlıca  səbəbi, məncə onların dərin məzmunu  və fəlsəfi tutumu ilə bağlıdır.  Onun əsərlərində  təkcə doğma xalqının deyil, ümumiyyətlə, bəşəriyyətin, bütünxalqların  taleyi  üçün narahatlıq  keçirən  dünya vədəndaşının  ürək  çırpıntiları döyünür.

 

  

 

 

 

 

                                                                   

                                                     

                                                            Həyatı

 

 

Bəxtiyar  MahmudoğluVahabzadə 1925 ci il avqust ayının 16-da Azərbaycanın qədim tarixə malik  dilbər  guşələrindən olan Şəki şəhərində yoxsul odunçu ailəsində dünyaya göz açmışdır.

      1934-cü ildə  ailəsi ilə Bakıya köçən B.Vahabzadə 1942-ci ildə burada orta məktəbi bitirdikdən sonra əvvəlcə tibb institutuna daxil olmuş, sonra isə təhsilini Azərbaycan Dövlət Unıversitetinin  filalogiyafakultəsində davam etdirmişdir. Ömrünü, taleyini  həmişəlik bu böyük təhsil və elm ocağı ilə bağlayan B. Vahabzadə universiteti bitirdikidən sonra onun aspiranturasına daxil olmuş,  1951-ci ildə burada  “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun yaradıcılıq  yolu”  mövzusunda doktorluq  dissertasiyaları müdafiə etmişdir.

B. Vahabzadə 1974-cü ildə  əməkdar incəsənət  xadimi  fəxri adına, 1976-ci ildə Azərbaycan Respublikası, 1984-cü ildə isə SSRİ Dövlət mükqafatlarına layiq   görülmüşdür.

B. Vahabzadə  1980-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmişdir.

1984-cü ildə Azərbaycanın xalq şairi  mükqafatına layiq   görülmüşdür

B. Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq  hərəkatının öncülərindən biri olmuşdur.

O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş  rus və fars imperiyasının pəncəsi  altinda inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız iki ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdansəslər” başlığı altında nəşr etdirmişdir.   .
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak,ispan,macar,keçmiş  Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat

 

 

                                                         Yaradıcılğı

 

B.Vahabzadə bədii yaradıcılığa  çox erkən başlamışdır. İlk şerini hələıv sinifdə  oxuyarkən yazmışdır. Onun ədəbiyyata,poeziyaya qızğın maraq göstərməsində  anası  Gülzar xanımın balaca Bəxtiyara söylədiyi bayatı və nagılların müstəsna  rolu  olmuşdur.  

       Bəxtiyar Vahabzadənin  mətbuatda dərc olunmuş ilk əsəri

 “ Ana  və şəkil” şeridir(1943). Mətbuatda çıxan  Şairin özünün dediyi kimi  9-cu şeiri olan  “Yaşıl  çəmən, ağac altı birdəki  tünd  cay” onun yaradıcılıq taleyində mühüm  həlledici rol  oynamışdır. Beləki  Bəxtiyar Vahabzadənin  Səməd  Vurğun haqqında yazdığına görə bu şeir  böyük  şairin diqqətini cəlb etmiş, gənc  şairi qəbul etmiş və özü onun  yazıçılar  İttifaqına  qəbul olunmasına zəmanət vermişdir. Beləliklə,  B. Vahabzadənin  böyük ədəbiyyatda yarım  əsirlik  yaradıcılıq yolunun  məhz bu şeirdən başladığını söyləmək olar.

1949-cu ildə  B. Vahabzadənin  “Mənim  dostlarım” adlı ilk şeirlər  kitabı nəşr olundu. 

         50-ci illərin ortalarından başlayaraq  şairi  yaradıcılığindabir yeniləşmə  özünü göstərməyə başladı. Bu dövrdə yazdığı  əsərlər artıq gənc şairin  ciddi  yaradıcılıq  axtarışları aparması, daha vacib ictimai mövzularamaraq göstərməsi baxımından  səciyyəvi  idi.

B. Vahabzadənin  ilk  dövr yaradıcılığında onun  poeziyasına  xas olan daha bir cəhət  sujetli, epik və lirik epik  şerə meyl də nəzərə  çarpırdı. 1946-1951 ci illərdə o, artq “İki toy”,  “Toxucu  qız”,  “Aylı gecələr”  poemalarının  müəllifi  kimi tanınırdı. 

         Şairin yaradıcılığının  ikinci, üçüncü və son dövrlərini təşkil edən  60-cı ,  70-ci və 80-90 cı illərdə  yazdığı əsərləri  məhz  zaman və dünya miqyaslı   poeziya  adlandıranlar   tam  haqlıdılar.  Zaman,  müasirlik  bu  poeziyanın  məhək  daşıdır.

                                    Öz könlümə güvənməklə

                                    Öz  yurdumun, torpağimın,  övladıyam

                                     Budaq  budaq   qollarımla,

Çalın,  çarpaz  yollarımla

                            Atamdan çox, 

                                             öz  çağımın övladıyam.

 

Bu  zaman miqyasında  hər  şey—insanın taleyi, mənəvi- əxlaqı  ovqatı, doğma   Vətəninin,  xalqının,  dünyanın  digər  məzlum  xalqlarının  azadlıq  və ıstıqlaliyyəti,    yer üzərində vicdanın,  haqqın və  ədalətin  bərqərar olması – şairı  düşündürür,     qəlbini,  narahat  edir,  həyacanlandırır.                                                                    

 B. Vahabzadəyə  görə:

                   Şair --  fikirlərin çırpınan seli,

                   Şair  – həqiqətin müğənnisidir.

                   Şair --  təbiətin danışan dili,

                   Şair --  cəmiyyətin üsyan  səsidir.

                   Şair –zəmanənin, əsrin  vicdanı,

                   Şair -- tarixlərin  şərəfi, şanı,

                   Şair – bu  dünyaya  zamanın sözü,

                   Şair – həqiqətin,  haqqın güzgüsü.

 

         B. Vahabzadənin poetik  ilhamının  ən böyük uğurlarından biri onun  məhəbbət lirikası ilə bağlıdır. O, şeirin bu əbədi və əzəli mövzusuna  bütün  yaradıcılığı boyu sədaqət  göstərmişdir. B. Vahabzadənin  bu qəbildən olan  lirik  şeirləri oxucunun  məhəbbət  hıslərinin təbiiliyi,  həyatiliyi,  səmimiyyəti ilə cəlb  edir.  Lirikada şəxsi  ümumbəşərimotivləri,   hiss  və düşüncələri  cəlb  edir. 

 

 

                    

 

 

 

 

Lirikadaşəxsi  ümumbəşərimotivləri,   hiss  və düşüncələri  vəhdətdə əks etdirmək  bacarığı da  B. Vahabzadənin  bədii istedadının  bariz  təzahürlərindəndir. Şairin  “Gəlir”,  “İlk məhəbbət”, “İtirilmiş  məhəb-bət”,   “Yağma, yağış”,  “Gecələr”, “Bir mənəm, bir də  sükut” və s. məhəbbət  lirikasınümunələrində  sevgi hissələri,  sadəcə intim  duyğular  deyil, insanı  nəcibləşdirən , mənəviyyatca  ucaldan, “ömrün yoluna  nur  səpən”  ülvi  duyğular  kimi  mənalandırılır.

         B. Vahabzadənin  yaradıcılığında  ıctimai –siyasi  mövzulardaha  möhkəm  yer tutur.                                                                                                                         

Onun  poeziyası, hər şeydən əvvəl  fəal  həyat  mövqeyi ilə seçilir.Şairin bütün  yaradıcılığının  pafosunu  təşkil edən  “ Yaşamaq  yanmaqdır, yanasan  ğərək”adlı ifadəsi  onun  60-90-cı  illərdə  yazdığı əsərlər  üçün  xüsusilə  səciyyəvidir.  1964-cü ildə  yazdığı “Mənim şeirm” adlı şeiri  B. Vahabzadənin vətəndaşlıq  lirikasının  əsl  manifestı  idi. Şair  öz  şeırınə  müraciətlə deyirdi:

 

 Sən atəş ol,  sən od ol,

yandır da sən, yax da sən.

İldırım ol, çax da  sən

Göstər  öz işığında bu dünyaya  özünü,

Bir an  yumma  gözünü.

Həm gör sən, həm də göstər!..

 Sən  düşün  dərin-dərin, düşündür  dərin-dərin

                            Vətənini,  

                                       elini  danan  tüfeylilərin

                            yumruğa  dön başında.

                    Keşikçi  ol  bu  yurdun  torpağında, daşında

        

         `Bu  sənət  amalına  bütün yaradıcılığı  boyu sadiq  qalan B. Vahabzadənin  əsərlərindəVətən,  xalq  məhəbbəti, onların  azadlıq, iştiqlaıiyyət  və  səadəti uğrunda  fədakar  mübarizə  ruhu  hakimdir.  Onun lirkasında  Vətən  təkcə coğrafi  məkan deyil,  həm də və başlıcaolaraq, mənəviyyat , əqidə və məsləkdir.

         Azadlıq  ruhundan  yoğrulmuş  B. Vahabzadə  poeziyasının nəhəng daşı,  əzəli  və əbədi mövzusu  Azərbaycan onun tarixi taleyi bu  günü,  gələcəyidir.  Ən böyükarzusu,  amalı doğma vətəninin, xalqının dünyanın  mədəni  ölkələri və xalqları  arasında layiqli yer tutması olub. Şair  70-illik qirmizi sovet  imperiyası dövründə  azadlıqdan  məhrum edilmiş,  müstəqilliyi  oğurlanmış, milli ləyaqət və şərəfi tapdanmış  Ana Azərbaycanın  başına  gətirilən  müsibətləri,  totalitar amirlik  rejimi  şəraitində  mümkün olan bütün Imkanlardan  cəsarətlə    istifadə edərək açıb göstərməyə çalışmışdır.

B. Vahabzadə  daim yaradıcılıq axtarışında olan  sənətkardır. Bu  axtarışlarhəm məzmun,  həm  də sənətkarlıq,  forma və janr məsələlərinə eyni dərəcədə  şamildir.

Vahabzadənin səhnə  əsərlərində  poeziya ilə  dramaturgiya  qovuşur. Şairin dramaturgiyası  poeziyasının ümumən, yaradıcılığının  üzvü  tərkib hissəsi, bir növ onun davamıdır.

Şairin yaradıcılığında bədii tərcümə də müəyyən yer tutur.  O,  Bayronun“Abidos  gəlini”  poemasını,  Puşkin və  Lermantovun  şeirlərini  habelə keçmişSSRİ  və dünya xalqlarıədəbiyyatının bəzi  nümunələrini  dilimizə çevirmişdir.  Həmin 1982-ci ildə  çapdan çıxmış,  “hər çiçəkdən, bir  ləçək”   kitabında  toplanmışdır. Əsərləri dünyanın  bir çox dillərinə  tərcümə  olunmuş,  kitabları  müxtəlif  ölkələrdə  nəşr olunmuş,  pyesləri  bəzi  xalqların  səhnəsində  tamaşaya  qoyulmuşdur. 

Bəxtiyar  Vahabzadə  görkəmli ictimai xadim  xalqın hörmət  və etiqadını qazanmış el ağsaqqalı olub.  O, xalq deputatı kimi  Azərbaycanın  ictimai  siyasi həyatında yaxından iştirak  edib. 

 

 

 

 

                                                             

 

 

 

                                                                  Yubiley  tədbirlərinin  keçirilməsi

         Hər  insan sirli-sehirli bir aləm, yazılmamış bir kitabdır.  Yaradıcı insanın  könül  dünyası daha  cazibədar,  coşqun, üfüqləri  isə  daha geniş,   zəngin  və əlçatmaz  olur.  B. Vahabzadə də  həmin  yaradıcı  insanlardandır. 

Bu il çağdaş  Azərbaycan şeirinin ağsaqqalı  Bəxtiyar  Vahabzadənin 90 yaşı tamam olur.  Bu münasibətlə  respublikanın  bütün  mədəniyyət müəssələrində, eyni   zamanda  kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə  tutulmuşdur.           Kitabxanalarda  bununla  əlaqədar  maraqlı  tədbirlər  keçirmək  olar. Tədbiri  keçirmək  üçün  kitabxana  məktəblərlə,  ali  təhsil ocaqları ilə  əməkdaşlıq  etməlidir.  Bu  tədbirlər  arasında  sərgilər  mühüm yer  tutur.  Sərgidə  yazıçının  kitabları,  müxtəlif  mətbuat  səhifələrində onun  haqqında nəşr  olunmuş  məqalələr, onun  fotoları nümayiş  olunur.  Sərgiyə  kitablarla  yanaşı  yazıçı  haqqında   dövrü mətbuatda çap  olunan  məqalələrinin  kartotekasını, yazıçının  dram  əsərlərinin,  pyeslərinin   videoyazılarını, kaset və disklərini də əlavə  etmək olar. Təşkil edilmiş  yubiley sərgisi  ilə  yanaşı  silsilə tədbirlər,  söhbətlər,  biblioqrafik  icmallar  keçirmək  planlaşdırmalıdır.           Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə bilər.

“Bəxtiyar Vahabzadə - 90”,  “Yaradıbdır inam  məni, mən inamın  övladıyam”,  “Poeziyamızın  çağdaş  şairi”,  “Şəxsiyyətinin ucalığında  dayanan  sənətkar” və s.

İndi isə sərginin  nümunəsini  veririk.                                                                  

  1. Başlıq:  Lirik şair.
  2. B. Vahabzadənin  portireti.
  3. Görkəmli insanların  B. Vahabzadə  haqqında  söylədikləri sitatlar.
  4. Dövri  mətbuatda  çap olunan  məqalələrin,  kartotekası.
  5.  Kitablarının  nümayişi.
  6. Şeir  parçası

 

 

                                                           

            Sərgi təşkili zamanısitatlardan  istifadə etmək olar.

Orta  yaş qrup  oxucular  arasında  Bəxtiyar  Vahabzadənin  yubileyi  münasibəti ilə   sual – cavab  gecələri,  ədəbi  viktorinalar təşkil oluna bilər.  Sual cavab gecəsi kitabxanaçı tərəfindən  təşkil  edilir.

 

Suallar

  1. Bəxtiyar   Vahabzadə kimdir?

Bəxtiyar VahabzadəAzərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairidir. Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur.

 

  1. Bəxtiyar   Vahabzadə  neçənci ildə, harada anadan olmuşdur ?                                                    

 Bəxtiyar  Mahmud oğlu Vahabzadə1925 ci il avqust ayının 16-da Azərbaycanın Şəki şəhərində yoxsul odunçu ailəsində   anadan olmuşdur. 

 

  1. Ədəbi yaradıcılığa nə vaxt başlamışdır?

 

Şair  yaradıcılığa çox erkən başlamışdır, İlk şerini 4-cü sınıfdə oxuyarkən  yazmışdır. Onun mətbuatda dərc olunmuş ilk əsəri  “Ana və şəkil”şeridir (1943).

4.   Bəxtiyar   Vahabzadə  ilk şeir kitabı hansıdır?

B. Vahabzadənin  ilk şeir  kitabı “Mənim dostlarım”-dır.                                          

 

5. İlk şeir  kitabı neçənci  ildə   nəşr  olunmuşdu ?

İlk şeir  kitabı 1949-cu ildə nəşr  olunmuşdu.

6. B. Vahabzadənin  hansı  poemaları ilə tanışsınız?

 “Sadə adamlar”, “İztirabın sonu”, “Şəbi- hicran”,  “Gülüstan”,  “Etiraf”,  “Atılmışlar”,  “Ləyaqət”,  “Şəhidlər”, və s.

7.Şairin   əsərlərindəhansı mövzular əhatə  olunmuşdur?

Azadlıq  ruhundan yoğrulmuş  B. Vahabzadə  poeziyasında,  əsasən,

  Azərbaycan onuntarixi taleyi bu  günü,   gələcəyidir  mövzusunu 

         əhatə  etmişdir.

 

B.Vahabzadənin  yaradıcılığında  ıctimai –siyasi  mövzular  daha  geniş

 yer tutur .

8.  Bəxtiyar   Vahabzadənin   tarixi mövzuya  həsr  olunmuş  hansı  əsərləri var? 

Tarixi mövzuya  həsr  olunmuş  “Dar  ağacı”, “Fəryad” pyesləridir.       

9. B. Vahabzadəhansı mükafatlara  layiq  görülmüşdür?

B. Vahabzadə əməkdar  incəsənət  xadimi  fəxri adına,   Azərbaycan

Respublikası  və  SSRİ Dövlət mükqafatlarına  layiq   görülmüşdür.

B. Vahabzadə  1980-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir

 üzvi  seçilmişdir. 1984-cü ildə Azərbaycanın xalq şairi  mükqafatına

          layiq   görülmüşdür.

10. B. Vahabzadə  nə vaxt  vəfat  edib? 

B. Vahabzadə   2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun

 sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Sual cavabgecəsinin sonunda kitabxanaçı uşaqlara  diqqətli olduq

larına görə öz təşəkkürünü  bildirir, sualları düzgün  cavablan

diran  oxucuya  təşəkkür edib, B. Vahabzadənin  həyatvə  yaradıcılığı,

əsərləri   haqqında  dərindənmaraqlanmalarını tövsiyə  edir.

 B. Vahabzadə  irsinin təbliği  üçün  ədəbi- bədii gecələrin                                  

keçirilməsi  zəruridir.

Gecəni  “Şəxsiyyətinin ucalığında  dayanan  sənətkar” başlığı

 ilə adlandırmaq olar. Tədbirin ssenarisini  sizə  təqdim edirik.

 B. Vahabzadənin əsərlərindən ibarət sərgi  təşkil olunur. Sərgi yazıçı haqqında yazılmış sitatlarla bəzədilir. Tədbir  kitabxana rəhbərliyi tərəfindən açıq elan olunur. Cecəyə B.Vahabzadənin yaradıcılığina bələd olan yazıçı və jurnalistlər

 dəvət olunur.

 

 

I aparıcı:     Salam hörmətliqonaqlar, əziz dostlar.Bildiyimiz  kimi  bu il

 sənət vəədəbiyyat aləmindəmilli azadlıq

hərəkatını  öncülərindən biri  kimi tanınan B. Vahabzadənin

  90  illik  yubileyi qeyd olunur.Bu münasibətləkitabxana

mızda  təşkil olunmuş xatirəgecəsində  sizi  xoş gördük.

 

II aparici:    Əziz dostlar.Bəxtiyar Vahabzadə  həqiqətən də xalqın

                       şairi olmuşdur. Ozamanın nəbzinituta bilən xalqın

 dərdinə, sevincinə şərik olan bir insan idi. Onun şeirlərini

təkcəkiçiklər deyil, böyüklər də əzbər bilirlər.

 

 I  aparıcı:     Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik

fikrinin  görkəmli nümayəndəsi, xalq şairidir

.Bəxtiyar  Vahabzadənin adı təkçə respublkamızdadeyil,

onunsərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir

 şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli

və  cəsarətli ictimai xadim, sadə və səmimi insan

kimi məşhurdur. Bəxtiyar  Vahabzadə  görkəmli

 ictimai  xadim  xalqın  hörmət və etiqadını qazanmış                                       

 el ağsaqqalı  olub.O, xalq deputatı kimi

 Azərbaycanın   ictimai  həyatında   yaxından iştirak  edib.

 

II aparıcı:Azərbaycan ədəbiyyatının, bütövlükdə XXəsr poetikfikrinin

görkəmlinümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı

 təkçə respublkamızdadeyil, onun sərhədlərindən

çox-çox  uzaqlar da mütəfəkkir şair, lirik  dramaturq,

istedadlı alim,qeyrətlivəcəsarətli ictimai xadim,

 

sadə və səmimi insan kimi məşhurdur.Təsadüfi deyil

                       ki, onun əsərləri  şer kitabları, dramlarıvə  publisist

yazıları dünyanın çox dillərində, ocümlədən ingilis,

 fransız, alman,  fars, türk, polyak, ispan, macar və köhnə

Sovet birliyinə daxil olan  bir çox salqların dillərinə tərcü

mə edilmiş və bu əsərləçox  böyük maraq və sevgi

 ilə qarşılanmışdır. 

 

 I  aparıcıBəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə

 Şəkidə doğulmuş,1934-cü ildə ailəsi ilə bərabər

  Bakıya  köçmüşdür. 1942-ciildə orta məktəbi bitirib, Bakı

Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş,

1947-ci ildə həmin fakultəni bitirib,universitetin

 nəzdində aspiranturaya qəbul olunmuşdur. 
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik,

1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusun

da monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik

dərəcəsini almışdır. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci

cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar                                     

İttifaqının üzvlüyünə qəbulolunmuşdur.  B.Vahabzadə

40 ildən artıq Universitetdə dərs demiş

 

 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər

 Akademiyasının müxbir üzvü seçilmişdir. 

II aparıcı:     B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın,

11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.

Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun

"Vicdan", "İkinci səs", "Yağışdan sonra",  "Yollara  iz düşür",

"Fəryad",  "Hara gedir bu dünya?", "Özümüzü kəsən

qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyul

muşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri

həcmli    poemanın müəllifidir. 

I  aparıcı:  O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci il

də respublika,1984-cü ildə isə SSRI Dövlət

Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1985-ci ildə

ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbay-

can   xalqının milli azadlıq uğrunda mübarizəsində

xüsusi xidmətlərinə  görə "İstiqlal" ordeni ilə

təltif  edilmişdir. B.Vahabzadənin şerləri obrazların

kamilliyi, bədii vasitələrin müasirliyi və  orijinallığı  iləseçilir.

Onun bütün əsərlərində dünyaya fəlsəfi  baxış əsasyertutur. 

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə

qədər  ümumxalq  məhəbbəti qazanmış ikinci bir şairin

adını çəkmək çətindir. 

II aparıcı:       Bədii, elmi, publisistik yaradıcılığınıictimai-siyasi

fəaliyyətlüzvi surətdə əlaqələndirən B.Vahabzadə                         

beş dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir

(1980-2000). O, hələ 60-cı illərdən başlayan  milli   azadlıq

hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə

yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış

Azərbaycantarixi faciəsini dilə gətirmiş, rus və fars

imperiasının pənçəsialtında inləyən Azərbaycan xalqının

 

azadlıqvə istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair"Millətçi"damğası ilə Universi

                    tetdən çıxarılmış, yalnız Ikiildən sonra yerinəqaytarılmışdır.

I  aparıcı:  Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə

 məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif

ədəbi üsullarlaifadə etmiş, iri həcmli poemaları

 və pyeslərində hadisələri ya tarixə,ya da başqa ölkələ

rə keçirərə öz millətinin dərdlərini dilə gətirmişdir.

Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet

lər İttifaqı dağılandan sonra"Sandıqdan səslər" başlığı altında

nəşr etdirmişdir. Bu vaxta qədər qüdrətli söz ustası, kəskin

publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə

son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən

uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi

ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi

uğrunda daim, yorulmadan mübarizə aparır. Respublika

 Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə

kütləviinformasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin

əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının

dərin hörmət və məhəbbətini qazanmışdır.                                                       

 

II  aparıcı:       Oxucuların maariflənməsinə səbəb olan kitabxana tədbirlərindən

 biri icmallardır. İcmallar əlaqədar mövzu haqqında oxucularda

 geniş təsəvvür yaradır. Bu səbəbdən də Bəxtiyar Vahabzadənin

bir-birindən maraqlı əsərlərinin icmalının keçirilməsi

oxucularda maraq doğurar. Kitabxanalarda şairin

 “Şəhidlər” poemasının icmalını keçirmək olar.

                                                  

 

 

 

I  aparıcı:   Poema ayrıca olaraq “Şəhidlər” adı altında 1990-cı ildə

  çap olunmuşdur.  Poemanı oxuduqca şairin xalqın dərdinə

nə qədər yandığını, bu kədəri necə dərindən duyduğunu

hiss etməmək mümkün deyil. Şair bu şeiri canlı şahidi

olduğu hadisələrin təsiri altında qalaraq yazmışdır.

Bu səbəbdəndə baş verən qanlı hadisələrin şahidi

olmayan insanlar, hətta uşaqlar belə poemanı oxuyar

kən xalqımızın faciəsini dərindən hiss edirlər şəhidlər

Bu misralardakıürək yanğısını, vətən sevgisini duyma

maq mümkün deyil. Poema şairin vətənə olan bağlılığın

dan, şəhidlərimizə olan hörmətindən xəbər verir. Şair bu əsəri

                           ilə hər birimizilazım gəldikdə vətən yolunda candan

 belə keçməyə hazır olmağa çağırır. Odur ki, poema hər

 bir Azərbaycan vətəndaşı üçün olduqca böyük əhəmiy

yətə malikdir. Hazırladığımız ədəbi-bədii gecənin ssenarisini

sizə təqdimedirik..                                                                                              

Gəlin  B.Vahabzadənin  “Şəhidlər” poemasından bir parçanı kitabxanamızın oxucularının  ifasında  dinləyək.

 

 

I oxucu

                                                       Şəhidlər
                   Qatil gülləsinə qurban gedirkən,
                                                             Gözünü sabaha dikdi Şəhidlər.
                                    Üçrəngli bayrağı öz qanlarıyla,
                                    Vətən torpağına çəkdi Şəhidlər...

 

 

 

II oxucu

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər...

I oxucu

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər...                                        

 II oxucu                                             

 

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər...

I oxucu

 

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər...

 

                                                        

                                                      

      II oxucu

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər...

 

I oxucu


Dözdü hər zillətə, dözdü hər şeyə,
" Dünyada mənimdə haqqım var " ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər...

 

II oxucu

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

ALLAH bütün Şəhidlərə Rəhmət eləsin                                                                                 

 

. Gəlin “Ana ” şeirini oxucumuzun ifasında dinləyək.

 

 Savadsızdır,

      Adını da yaza bilmir

Mənim anam…

Ancaq mənə,

Say öyrədib,

Ay öyrədib,

İl öyrədib;

Ən vacibi:

Dil öyrədib

Mənim anam…

Bu dil ilə tanımışam

Həm sevinci,

Həm də qəmi…

Bu dil ilə yaratmışam

Hər şeirimi,

 

 

 

 

 Tərtib edən:   Metodika və biblioqrafiya  şöbəsinin müdiri: Cəfərova Tutu

  Metodika və biblioqrafiya  şöbəsinin metodisti: Həsənova Baha