Zəngilan rayon Mərkəzi kitabxanası

Zəngilan rayon MKS

Metodiki vəsaitlər
27 Oktyabr , 2015

 

         Naxçıvanski Cəmşid Cəfərqulu oğlu məşhur Naxçıvan xanları

sülaləsini axırıncı – altıncı generalı,briqada komandiri.

         Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində  anadan olmuşdur. Cəmşid 1904-cü ildə  Tiflis  kadet korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

         Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində  müsəlmanlardan  təşkil olunmuş süvarı eskadronun komandiri olmuş, "Brusilovcəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "MüqəddəsGeorgi"orden iilə təltif olunmuşdu.  Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Müqəddəs Anna, 2-ci, 3-cü dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr rütbəsinə layiq görülmüşdür.

         Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonar ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alay ıilə birgə  Azərbaycana  qayıtmışdır.

         1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak,eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan"Sentrokaspidiktaturası"qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliy iuğrunda C.Naxçıvansk iinamla vuruşmuşdur.

         Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun  24 mart 1920-ci il tarixli əmri ilə I süvari Tatar alyının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.

1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatların da fəal iştirak etmişdi.

1920-ci ilin aprelində  Azərbaycanda  sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçmişdir.  Nəriman Nərimanov    Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski  Bakıda  yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrın da isə  Azərbaycanın ilk milliatıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada  qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş,  Azərbaycana  qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.

1922-1929-cu illərdə general  Əliağa Şıxlinskinin  təşəbbüsüilə  Azərbaycan  dilində  nəşr olunan  "Hərbibilik" jurnalının redaktorlarından biri idi. C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3  il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs əisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdu.

.Naxçıvanski   26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi. O, Moskvadan 26 km aralıdaKaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adıilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu.